Fiqh və şəri hökmlər , Həzrət Ayətullah Seyid Əli Xamenei (2)
Təqlidi bir müctəhiddən digər müctəhidə dəyişmək
Sual. Mərceyi-təqlidi dəyişmək caizdirmi?
Cavab: Ələm olan, ya ələmliyi ehtimal olunan qeyri hallarda diri müctəhiddən digər diri müctəhidə təqlidi dəyişmək, vacib ehtiyata əsasən, caiz deyil.
https://www.forooghetohid.com/azhttps://telegram.me/Ustadfurugi
Fiqh və şəri hökmlər , Həzrət Ayətullah Seyid Əli Xamenei (1)
Kişilərin qızıl üzük taxması
Sual. Kişilərin qızıl üzük taxmasının (xüsusilə də namazda) hökmü nədir?
Cavab: Kişilərin qızıl üzük taxması heç bir halda caiz dеyildir və vacib ehtiyata əsasən, onunla qılınan namaz da batildir.
https://www.forooghetohid.com/azhttps://telegram.me/Ustadfurugi
ALİ,İMRAN,SURESİ-3,AYE,103
Hamınız Allahın ipindən yapışın və firqələrə parçalanmayın...” (Ali-imran surəsi, ayə 103)
Əhli sünnə alimlərindən Qunduzi, Muhəmməd Səbban Misri, Şafei alimi Şəblənci və İbni Həcər belə rəvayət etmişlər: Həzrəti Peyğəmbər (s.a.v.v.) İmam Əlinin (ə) əlindən tutub “Ondan yapışın və bu Allahın möhkəm ipidir” dedikdən sonra yuxaridakı ayəni tilavət etdi, yəni oxudu ( “Yənabiul-məvəddət” səh.118-119; “Səvaiqul-mihriqə” səh.93). Bu ayənin İmam Əli (ə) və Əhli-beytin (ə) fəziləti haqqında olmasını bütün əhli sünnə alimləri nəql etmışlər.
1. Şəblənci “Nurul-əbsar” səh. 124;
2. Səbban Misri “Əsraful-rağibin” səh. 118;
3. İbn Həcər “Səvaiqul-muhriqə” səh.90;