Sən məndən sevən bir ürək istədin.
Al verdim ürəyim qoy sənin olsun.
Sən məndən xoş arzu dilək istədin.
Ürəyimin sevgisi qəlbinə dolsun.
Amma o ürəyimi qırma incitmə.
Kövrəkdir sınsa bir də düzəlməz.
Onu yarı yolda qoyub sən getmə.
Yoxsa güvənib bir daha sevməz.
Əmanətindir saxla itirmə onu.
İtirsən bir daha tapa bilməzsən.
İtirsən sevgimizin catacaq sonu.
Bil ki o qədər hec sevilməzsən