DİQQƏT PAYLAŞAQ DƏSTƏK OLAQ
Görəsən Bərdə rayon rəsmiləri şəhid polkovnik leytinant Mehman Qənbərovun ailəsini ziyarət edəndə onların yaşadığı uçuq daxmaya görə xəcalət çəkiblərmi?
Xatırladım ki, Polkovnik leytenant Mehman Qənbərov müharibənin 4-cü günündə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. İki övladı vətənə əmanət qaldı. Ailəsi ilə kirayədə yaşayan Mehman 5-ci sinifdə oxuyarkən doğma kəndi, Ağdamın Maqsudlu kəndi işğal olunur. Onlar ailəlikcə Bərdənin Qarağacı kəndində məskunlaşırlar. Mehman 17 yaşına qədər bu "ev"də yaşayır, sonra isə hərb sənətini öyrənmək üçün ordan ayrılır. Bir də 39 yaşında evinə qayıdır. Amma özü yox, nəşi. Şəhidimizin ata-anası hələ də bu daxma