AY ANA
Qurban olum sənin qəmli gözünə,
Bəstəm olan şirin-şirin sözünə,
Darıxmışam bir baş qoyum dizinə.
Anaların anasısan, ay ana,
Sonaların, sonasısan, ay ana !
Sığal çəkim qoy dağılan telinə,
Qulluq edim çiçəyinə, gülünə,
Qurban olum o titrəyən əlinə.
Anaların anasısan, ay ana,
Sonaların sonasısan, ay ana !
Oğlun-qızın qoy həmişə şad olsun,
Nəvələrin ömrə-günə dad olusn.
Kədər sənə qoy həmişə yad oslun !
Anaların anasısan, ay ana,
Gözəlliyin sonasısan, ay ana!
Bir kişi kureyini yere vursa bir qadin butun dunya yigissa qaldira bilmez bir kişi kureyini yerden qaldirarsa bir qadin butun dunya yigissa mef ede bilmez.