Dəyişib dövrü-zaman hamı
gümannan danışır,
Molla rüşvətxanadan, kafir
imannan danışır.
Bir zaman eşşəyimiz arpa
bəyənməzdi bizim,
İndi eşşəyimiz ölüb, at da
samannan danışır.
Qalmayıb sevgi, məhəbbət
işığından bir ümüd,...
Məcnun artistlik edir, Leyli
yalandan danışır.
Keçmişdə məşhur olan "qəhrəman
aslanlarımız"
Meşəyə girmək üçün indi siçannan
danışır.
İstədim dillənib öz haqqımı isbat
eləyim,
Dedilər: "Pulsuz olan insan
haçannan danışır?!
-Olimpiya çempionunun 1ciliyinə "porsche panamera" ilə,QARABAĞ əlilinin ayağını itirməsinin 22ci illiyinə isə "oka" ilə qiymət verən dövlətin düşüncəsində olimpiya çempionluğunu almağ, Qarabağı almağdan üstündür məncə.O ki, qaldı mənim fikrimə, 22 ildir boynumuzdan ermənilərin asdığı qorxağlığ medalı,3-5 ildən bir olimpiya medalı ilə yox, günü bu gün Qarabağın zəfər medalı ilə əvəz olunmalıdır.