Bill Qeyts dünyanın ən böyük sərvət sahibi olduğu zaman jurnalistlərdən biri ona belə sualla müraciət edir:
- Necə bilirsiniz, dünyada sizdən daha zəngin olan birisi varmı?
- Bəli, var! - deyə cavab verir və bu əhvalatı nəql edir:
Zəngin olmadığım, heç tanınmadığım zamanlar idi. Nyu-York hava limanındaydım. Qəzet satıcısına rast gəldim. Qəzet istədim, amma xırdam olmadığı üçün ala bilmədim. Fikrimdən daşınıb - "Bağışlayın, xırdam yoxdur" - deyib qəzeti satıcıya qaytardım. Satıcı -"Mən bunu sizə pulsuz verirəm" - dedi və israrla qəzeti mənə uzatdı. Götürdüm. 2-3 ay sonra təsadüfən yenə Nyu-York hava limanında idim və yenə də həmin qəzetçi qarşıma çıxdı. Xırdam olmadığından qəzet almaq niyy