Bir gün əxlaqsız adı ilə tanınan bir qadın başqa bir kəndə mollanın qonşuluğuna köçür. Gecə molla öz qapısının arxasından gözü ilə baxmasa da qulaq asır. Hər dəfə o qadının evinin çöl qapısı açılıb örtüləndə molla sayır. 40-a qədər olur. Səhər açılır və molla bütün kənd camaatını bir yerə toplayıb hamıya elan edir ki, qonşuluğuna təzə köçən qadın əxlaqsızdı. Gecə onun qapısı 40 dəfə açılıb və örtülüb. 20 dəfə kişilər gələndə və 20 dəfə kişilər gedəndə. Camaat o qadını kənddənqovurlar. Vaxt gəlir o qadın da, o molla da bu dünyadan köçürlər. Və haqq-hesab vaxtı gəlib çatır. Elə olur ki, o əxlaqsız kimi tanınan qadın cənnətə, molla isə cəhənnəmə vasil edilir. Molla ömür boyu ibadət etdiyini dey