İslam dini sevgi, məhəbbət, istək, mərhəmət, alicənablıq, birlik və xeyir dinidir. Allahu Təala Qurani Kərimdə "Həqiqətən möminlər qardaşdırlar" deyir. Bununla Uca Allah bizi bir qəlbdə və bir kölgə altında toplayır. Lakin bütün sevgilər eyni deyil, sevgilərdən də İslam şəriətinə zidd olanları vardır. Kafirlərin cığırına düşüb başı aşağı addımlayırıq, onlar nə etsələr biz də edirik, daha niyə yalandan özümüzü müsalman adlandırırıq? Sevgililər günü dinimizdə yoxdursa bu günü qeyd edərək xurafatlara yol veririksə,bu günün bizə nə faydası var? Allah bizi bu cür xurafatlardan qorusun! Əmin