Tərtəmiz sevgimin barını verdim,
Gecələr gözümün nurunu verdim,
Sənə ismətimi,arımı verdim,
Bunun qarşılığı xəyanət imiş.
Sevgi deyilmiş!
Sənin köynəyini iylədim,durdum
O gündən bu günə inlədim durdum
Bizim mahnımızı dinlədim durdum,
Sevgi dediyimiz məgər ibrətmiş
Sevgi deyilmiş!
Dərd - qübar içində deyinən qəlbim,
Ən təmiz hisslərlə döyünən qəlbim,
Sənə sevgisiylə öyünən qəlbim,
Sən demə bu sevgi bir nifrət imiş
Sevgi deyilmiş!