Xəyalı gələndə gözümə birdən,
Edir xoşbəxt məni, edir şən məni,
Bir onu biləydim İlahi, hərdən
O da düşünürmü görəsən məni?
....................................................
Əzabım bir deyil, beş deyil, mindir.
Bizi qısqananlar yaman sevindi,
Görəsən hardadır, necədir indi?
O da düşünürmü görəsən məni?
....................................................
Donub ürəyimiz, bağlayıbdı buz,
Həyat acımasız, əzabı sonsuz,
Mən çox darıxıram, bədbəxtəm onsuz,
O da düşünürmü görəsən məni?
..................................................
Onu unutmağı öyrənim necə?
Ağlımda, fikrimdə o var sadəcə,
Onu düşünürəm hər gün, hər gecə,
O da düşürmü görəsən məni?!