Analar
Dünyanın bu karvan köçündən gəlib,
Dözünıün bitməyən gücündən gəlib,
Yoxsa nağılların içindən gəlib, -
Özü nağıllara dönən analar.
Gül dedik, ovcunda çiçək bitirdi,
Sevinci paylayıb, qəmi itirdi,
Yuxusuz gözlərə yuxu gətirdi,
Laylalar üstündə dinən analar.
Saçına qar yağdı,
yaz verdi bizə,
Dünyanı görməyə göz verdi bizə,
Özünə bənzəyən qız verdi bizə,
Ömrünü min yerə bölən analar...
Özü şərik oldu ürək sirrinə,
Gün oldn işlədi kişi yernıə,
Bizinıçün od aldı kipriklərinə,
Özü soyuqlarda donan analar.
Oğulu sevinib,
qızı güləndə, Sanki günəş gülür
üzü güləndə,
Övladın qaşında düyün görəndə
Buludtək qaralıb, dolan analar.
Saçını zamanın əlləri hörür,
Bu günlə y