Qəlbimi incitmə, dayan,
Həyatımdan itmə, dayan,
Belə səssiz getmə, dayan,
Ümidimi yıx, sonra get...
Həyat göstərdi özünü,
Mən də gördum iç üzünü.
Söylə artıq "yox" sözünü,
Mənə söylə "yox", sonra get...
Danıs esqin yarasından,
Vur qəlbimin parasından.
Tellərinin arasından
Gözlərimə bax, sonra get..
Bu da esqin dərdi, səri,
Talehimin yox xəbəri.
Əlindəki o xəncəri
Ürəyimə sox, sonra get..
Mən üç nöqtə sənsə nida,
Sənin esqinə bir qida.
Hec olmasa de "əlvida",
Əllərimi sıx, sonra get...
Bu qəlbimin nə günahı?
Allaha qaldı pənahı.
Belə getmək olmaz axı,
Ürəyimdən çıx, sonra get...
Getdin heçnə demədim, Sandim dönərsən yenə...
Nə sən geri qayıtdın,
Nə mən gəl dedim sənə...
Getdiyini bilsəmdə,
Bilmədim hara getdi.
Nə qəlbimdə məhəbbət,
Nə həsrət sona yetdi...
Nə bağışladım səni,
Nə qəlbimi ovutdum.
Nə sən unutdun məni,
Nə mən səni unutdum...
Nə anladım Məcnunu,
Nə Fərhadı qanmadım.
Nə dəli ola bildim,
Nə də ağıllanmadım...
Anlamır heç kim məni.
Bu yol qəribə yoldu...
Nə mən kömək istədim,
Nə kömək edən oldu...