Bu sənsiz günlərim keçir narahat Mənim yaşadıqlarım qəmli əhvalat Sənə də təşəkkür edirəm həyat Mənə çox şeyləri sən öyrətmisən Bizdə ayrılmağı artıq bacardıq Bir ağac üstünə ürək cızardıq Adımızın baş hərfin ora yazardıq İndi o hərfləri sənmi silmisən Eşitdim ey ürək birini sevmisən Onunçün özünü sən məhv etmisən Ürəyim o gözəl səni aldadıb O nifrət nə imiş sənə anladıb Səni güldürməyib həmişə ağladıb De sonuncu dəfə nə vaxt gülmüsən? Məni dəli etdi sevgi yox nifrət Yuxuma gəlirsən hər gecə xəlvət Mən axı etmədim səni ora dəvət Söylə yuxularıma niyə gəlmisən Eşitdim ey ürək birini sevmisən Onunçün özünü sən məhv etmisən O gözəl ürəyim sənə deyib yalan Bəsdir aldadıldın sən artıq oyan Danışm