Quran Allah`ın sözüdür
Bu kitabda nəticə fəslinə qədər incələdiyimiz bütün məlumatlar bizə açıq bir həqiqəti göstərir: Quran elə bir kitabdır ki, onun içində qeyd edilən xəbərlərin hamısı doğru çıxmışdır və çıxmaqdadır.
Elmi mövzularda, keçmişdən və gələcəkdən verilən xəbərlərdə, ya da riyazi şifrlərdə o dövrdə heç bir insan tərəfindən bilinməyən həqiqətlər ayələrdə xəbər verilir. Bu məlumatların həmin dövrün elmi səviyyəsi və texnologiyası ilə əldə edilməsi mümkün deyil. Əlbəttə, bu vəziyyət Quranın insan sözü ola bilməməsinin çox aydın sübutudur.
Quran hər şeyi yoxdan yaradan və elmi bütün varlıqları əhatə edən uca Allah`ın sözüdür. Allah bir ayəsində Quranla bağlı olaraq: "...Əgər o, Al