Dünya müsəlmanlarının ali dini lideri Ayətullah Əli Xamneyi Məhəmməd(s) peyğəmbərin qızı Həzrət Fatimənin (ə) doğum günü münasibətilə İran həbsxanalarında olan qadın məhbuslar üçün amnistiya élan edib.
İslaminsesi.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Həzrəti Fatimənin(ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda Konistitusiyanın 110-cu maddəsinin 11-ci bəndini rəhbər tutaraq 2014-cü ilin aprel ayının 20-dək İran həbsxanalarında saxlanılan qadınların əfv edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin bağışlanması xahiş olunub.
Bundan sonra Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.