Belkede ölmüşem xeberim yoxdu
Qebrimin üsdünde gözler ağlıyır
Gelib öz defnime qıraqdan baxdım
Heçvaxt görmediyim üzler ağlıyır
***
Yeni men bu qeder deyersizemki
Dostlardan bir nefer gelende yoxdu
Sen deme yadlar üçün yaşamışam men
Gelmiyin sizin üçün ölende yoxdu
***
İnsan! ölünce unudulurmuş
Ölüm unudmaqmış bilmemişem men
Allahım hamını tanıtdın mene
Yaxşıki doğurdan ölmemişem men
***
Yuxular ölümün kiçik qardaşı
O,hemi keçmişdi hem gelecekdi
Ölüm dediyimiz ebedi yuxu
Yuxu müveqqeti ölüm demekdi !!!
Sən getdin... sənsizlik mənimlə qaldı
Üzsüz qonaq kimi getmək bilmədi.
Sən getdin... könlümü qüssə-qəm aldı,
Günlər aya döndü, ötmək bilmədi...
Sən getdin... dəyişdi fəsillər bir-bir,
Guya, bu yoxluğa alışdım mən də.
Silib xəyalları sətirbəsətir,
Ayaqda qalmağa çalışdım mən də.
Sən getdin... kölgənə dönüm, istədim,
Sən keçən yolları keçə bilməyə.
Bitib-tükənməyən dözüm istədim,
Qəmi damla-damla içə bilməyə.
Sən getdin... köksümdə bir eşq yarası,
Mənə yoldaş oldu elə o gündən.
Qarışdı hər şeyin rəngi, sırası...
Küsdüm səni alan kəm taleyimdən.
Sən getdin... ölmədim, yaşadım, niyə?
Yaşadım lal olan nəğməkar kimi...
Eşqini könlümdə daşıdım, niyə? -
Sanki həyatımda hələ var kimi...
Sən getd
Həyatda ən ağır dərd budur ki,sən,
Birini sevəsən,qovuşmayasan.
Onsuz alışasan,külə dönəsən,
Amma, onsuzluğa alışmayasan.
Dərdə bax,ayrılıq məqamı ola,
“Gedirem” deyə o,gözlərin dola,
“Yaxşı yol!” deyəsən,salasan yola,
Niyə getdiyini,soruşmayasan.
Gedişi versə də sənə qəm-kədər,
Dərdin bitməsə də ölənə qədər,
Hər gecə yuxuna gəlirsə əgər,
Necə,qismətinlə barışmayasan?
Hələ də odursa ürəyində tək,
Hər adı gələndə əsirsə ürək,
Yoraraq özünü,boş yerə gərək,
Onu unutmağa çalışmayasan.
Məncə ən yaxşısı budur elə,sən,
Hər kəsdən uzağa çıxıb gedəsən,
Heç kimin dərdini eşitməyəsən,
Heç kimə dərdini danışmayasan!
Tofiq Ordubadlı