Предыдущая публикация
Birini sevəsən,qovuşmayasan.
Onsuz alışasan,külə dönəsən,
Amma, onsuzluğa alışmayasan.
Dərdə bax,ayrılıq məqamı ola,
“Gedirem” deyə o,gözlərin dola,
“Yaxşı yol!” deyəsən,salasan yola,
Niyə getdiyini,soruşmayasan.
Gedişi versə də sənə qəm-kədər,
Dərdin bitməsə də ölənə qədər,
Hər gecə yuxuna gəlirsə əgər,
Necə,qismətinlə barışmayasan?
Hələ də odursa ürəyində tək,
Hər adı gələndə əsirsə ürək,
Yoraraq özünü,boş yerə gərək,
Onu unutmağa çalışmayasan.
Məncə ən yaxşısı budur elə,sən,
Hər kəsdən uzağa çıxıb gedəsən,
Heç kimin dərdini eşitməyəsən,
Heç kimə dərdini danışmayasan!
Tofiq Ordubadlı
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1