Mənə "salam" yaz, kim olduğunu bilmir'miş kimi cavab verim. Bir-birimizi yaxındaq tanıyaq. Tanış olaq əvvəl. Sonra daha da yaxınlaşıb iki ən yaxın dost olaq, sirrlərimizi bölüşək... Bir-birimizə hədiyyələr alaq, sürprizlər edək. Çəkinməyək bir- birimizdən danışarkən, nə olursa olsun küsməyək. Məni qısqandırmağa çalışma, qoy başqaları qısqansın bizi. İçdən içə gizli gizli sevək bir- birimizi. "Ömrüm" de mənə amma heç "sevgilim" demə... Deməyə qorx. Çünki, sevgi qısadı. Sevgi bir ömürlük deyil. Sən bir ömürlük ol. Həmişə mənim ol... Kimsə soruşsa ən yaxın dostumdu de. Ürəyində isə sevgilim... Heç sevgili olmayaq. Həyat dostum ol. Bir birimizi qırmadan sevək. Biz olaq, amma iki sevgili yox, iki yoldaş olaq... Hər şeyimə qarışmağına icazə verim. Təzdən tanış olaq, hər şeyi yenidən yaşayaq, amma bir şərtlə bu dəfə "getmə"...;(((
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев