Olub bütün hisslərimin o hakimi, Elə bilsin vəfasızam hamı kimi… Qoy bilməsin- Ürəyimə kilid vurdum o gedəndən, Özüm öz qəsdimə durdum o gedəndən… Gün doğmadı gündüzümə bircə an da, Tabım,təhərim qalmadı daha canda… Ərsə qalxdı adı hər gün harayımda, Uçdu onsuz sevgi adlı sarayım da… Xatirəmi dəfn elədim sonsuzluğa… Bircə an da öyrəşmədim onsuzluğa, Qoy bilməsin- Xəyalımda onu necə izləmişəm, Varlığımı ondan necə gizləmişəm… Onsuz heçə döndü mənim ayım,ilim, Söz demədi ağı dedi hər gün dilim… O son günü unutmuşam ,elə sansın, İstəmirəm mənim kimi o da yansın… Məndən ona danışmayın, Qoy bilməsin- Həsrət boyda yükü qoyub getdiyini, Özünə ömürlük möhtac etdiyini… Onsuz onla dərd-sərimi böldüyümü, Həsrətiylə hər gün bir az öldüyümü… Toxunmayın acılı,qəmli dünyama, Acımayın hər yanı nəmli dünyama… Məndən ona danışmayın, Qoy bilməsin, Ötən hər bir günümdədir,anım dadır, Hara getsə də mənlədir,canımd adır… Bu ezabım ömrüm boyu bitməsə də, Ona sevgim məhəbbətim itməsə də, Sevdiyimi söyləsəm də dönə-dönə, Danışmayın bir kəlmə də məndən yenə… Qoy bilməsin, Bu dünyadan mən vaxtsız köç edəcəyəm, Xeyalımda ona qonaq gedəcəyəm… Bəlkə ona yeni bir dərd olacağam, Sevənlərin gözündə mərd olacağam… Məndən ona danışmayın, Qoy bilməsin- Onsuz onla dərd-sərimi böldüyümü Həsrətiylə hər gün bir az öldüyümü… Onun saf sevgisinə əsir olmuşam, Bu günədək sevdiyimə sirr olmuşam…
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев