Düşdün gözlərimdən axan yaş kimi,
Daha əvvəlki tək əziz deyilsən.
Mənə adi gəlir adın yad kimi,
Əsla düşünmürəm kimsən, nəçisən?!
Gözümdən sildiyim acı yaş kimi,
Səni də qəlbimdən silib atmışam.
Artıq əziz deyil mənə duyğular,
Sevib sevilməyə mən yadlaşmışam.
Bu zülmü ilk dəfə sən etdin mənə ,
Mən də intiqamı silərək aldım.
Indi ürəyimdə boşdu eşq yuvam,
Onun qapısını kinlə bağladım.