O yerləri unutmadım,
Mən yenə gəlirəm sənsiz.
Dərdlərimi dalğalarla,
Hər axşam bölürəm sənsiz.
Yolumu hicran bağlayır,
Gözlərimdən dərd ağlayır,
Ürəyimdə qəm çağlayır,
Yalandan gülürəm sənsiz.
Eşqin ruhumu aparır,
Xatirən fəryad qoparır,
Ölən ölüb can qurtarır,
Mən hər gün ölürəm sənsiz.!
Gətir baharın ətrini,
Ver mənə bütün dərdini,
Ötən günlərin qədrini,
Mən indi bilirəm sənsiz.
Gətirdin ömrün qışını,
Unutdunmu sirdaşını?
Sən axıdan göz yaşını,
Mən indi silirəm sənsiz..