Kasıb vaxtlarımın varlı sevgisi. Vəfasız ləqəbi sənə yaraşıb. Sən varı,dövləti,pulu sevmisən. Heyatın çirkaba yaman bulaşıb. Çünki sən sevgini,pulda görmüsən. Hər işdə xeyir var bu bir məsəldi. Sənin gedişinin xeyri çox oldu. Gedişin mənim çün düşərli gəldi. Bir ildə sıxıntım tamam yox oldu. Bilirəm nə üçün,sən atdın məni. Düşündün hər zaman kasıb qalaram. İndi mən vəfasız,nəinki səni, Sənin həyatını satın alaram.! Eşitdim yamanca olmusan peşman, Çünki xəbərlərim sənə çatıbdı. Bir zaman varına getdiyin oğlan, İndi hər mənada məndən kasıbdı.