Məhrəm şəxslər kimlərdir?
Məhrəmlik üç yolla hasil olur. Nəsəb, süd vermək və evlilik yolu ilə.
Nəsəb yolu ilə insana məhrəm olan kəslər aşağıdakılardır:
1. Ata və ana, habelə hər nə qədər yuxarı getsə. Məsələn, baba və nənə.
2. Övladlar və hər nə qədər aşağı getsə. Məsələn, nəvə və nəticə.
3. Bacı və qardaş, habelə hər nə qədər aşağı getsə. Məsələn, bacı övladları və qardaş övladları.
4. Əmi və bibi, habelə hə nə qədər yuxarı getsə. Məsələn, ata və ananın əmi və bibisi.
5. Dayı və xala, habelə hər nə qədər yuxarı getsə. Məsələn, ata və ananın dayı və xalası.
Süd vermə yolu ilə insana məhrəm olan kəslər
Nəsəb yolu ilə məhrəm olan kəslər kimidirlər. Məsələn, süd verən qadının özü; süd