Mənsizlik həsrəti yoracaq səni Həsrətim ilan tək vuracaq səni Günahlar şüşə tək qıracaq səni O zaman sən mənsiz darıxacaqsan Səni məhv edəcək qəlbinin səsi Düşəcək üstünə həsrət kölgəsi Əlindən tutanda yad bir özgəsi O zaman sən mənsiz darıxacaqsan Bilirəm bu şeylər olacaq bir gün Sənin də günlərin solacaq bir gün Əzrail canımı alacaq bir gün O zaman sən mənsiz darıxacaqsan.