Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) - Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T. İsmayılov küçəsi, ev 26-da anadan olub. İlk dəfə həbsxanaya 1996-cı ildə düşüb. Maraqlıdır ki, Rövşən Canıyevin atası Rafiq Canıyev milis əməkdaşı idi. Dayısı da daxili işlər şöbəsində işləyirdi. Rövşənin 17 yaşı olarkən atası kriminal aləmdə tanınan bir “avtoritet” - Quliyev tərəfindən qətlə yetirilib. 1996-cı ildə Quliyevin məhkəməsi zamanı müttəhim son sözünü söyləyərkən məhbəsdən buraxılandan sonra Rafiq Canıyevin bütün qohum əqrəbasını məhv edəcəyini bildirir. Bu vaxt Rövşən ayağa qalxaraq cibindən çıxardığı tapança ilə müttəhimə dörd dəfə atəş açır. 21 ya