Efsus! Səndən ey günlərim, hədər keçdi,
Ömrümün cavan çağları kədər keçdi.
Zövq ala bilmədim, bu fani dünyadan,
Günlərim sıxıntılı, dərbədər keçdi.
Elə bildim mənə bir yoldaş olacaq,
Dərdlərimi bölməyə sirdaş olacaq,
Nə biləydim qəlbi belə daş olacaq,
Mənə verdi badə dolu zəhər, keçdi.
Ömrüm keçdi bu qaydada, istəmədən,
Sanki yaşadım zindanda, istəmədən,
Heç kim olmaz bu insafda, istəmədən,
Gör mənim başımdan gəlib nələr keçdi.
Üzgəclərim var, sularda üzəmmədim,
Qanadlarım var, səmada süzəmmədim,
Ayaqlarım var, doyunca gəzəmmədim,
Sabahım dünənimdən də betər keçdi.
Yaş da ötüb keçir, neyləyəsən , canım,
Ağrı-acılara dözməlisən, canım,
Bircə qalıb bunu söyl