Belə bir ağır ritm seçmişəm ki, biraz yellənəsüz
Avtobusdan əl elədim amma maşınıvuzdan eləmədüz.
Yuxuda döndü Şəhri Şeyxə
Qondu dizinə məlakələr
“Repə qayıtmasan“- dedilər
Dağlar aşar bəla gələr.
Köçüb getdi məhləmizdən rusdar
Evləniblər hamısı indi nənə kimidir - istədiyim qızdar.
Turba yığıb, salka atıb, raqatkamla vururdum
“2“ alanda sinifimizin pəncərəsini qırırdım
MC adı yazılı qıraqda mənim - ən arxa parta.
Sevməmişdim avaraçılığı gecələmədim barda
Daha maraqlı qışda dərsi qoyub çıxıb yarıda,
Ləzzət eliyir botinkalar səs çıxarar qarda.
Mayka çöldə əlim kir,
Qara şalvar topuqdan
Yaşıl dizimə yadigardır yıxıldığım ottuqdan
Evə gecikib qapıda qalmışam əsirəm soyuqdan