Yenə otağıma dolub qaranlıq,
Zülmətin içində mən qalmışam tək,
Bu gecə qonağım olub tənhalıq,
Az qalır sinəmdə çatlasın ürək.
Otağım qəfəsə dönübdü mənim,
Evim də, küçəm də, gözümdə zülmət.
Böyüdü kədərim, çoxaldı gəmim,
Bu gün də gecənin yoldaşı həsrət.
Dərdin çoxluğundan sıxılır gəlbim,
Otağda bir mənəm, bir də sükunət.
Təklikə qalmağdan tükəndi səbrim,
Tənha gecələrin sirdaşı həsrət.