İki tərəfin mübahisəsi zamanı haqlı tərəfin kim olduğunu bildirmək bizə həvalı olunanda etimada qarşı etibar nümayiş etdirək. Hər iki tərəfin (tərəflərin baxış bucağından) belə haqlı olduğu məqamlar da olur . Odur ki, ən Adil (Ədalətli), Tərəfsiz və Haqq Olan Allahı (c.c.) xatırlayıb mübahisə yaradan hala hər iki tərəfin baxışları (gözü) ilə baxaraq ədalətli qərar çıxaraq. Bir tərəfin haqlı olduğuna əmin olsaq da zənn etməyək ki, digər tərəf tərəddüdsüz haqsızdır! Diqqətli, ədalətli, məsuliyyətli və vicdanlı olaq ki, kiminsə haqqını tapdalamış olmayaq!
P.S. Unutmayaq ki, Axirət Günü bizim də hesabımız alınacaq!(Fəxrəddin Səfərov)