BƏZİ ƏXLAQİ NÖQSANLARIN BƏLASI
Demək, bu varlıqların fəaliyyətində mənfəətə qarşı maraq və zərərdən uzaqlaşmaq xüsusiyyətləri vardır.
«HƏMM» NƏDİR?
İmam Sadiq (ə) İbn Cündəbə buyurur ki, mömin yalnız ilahi əzabdan qurtulmaq
üçün düşünüb cəhd edə, qəmlənə bilər. Əbədi əzabdan qurtuluş fikrindən
yaranan cəhd, qüssə faydalıdır. Bütün şüurlu varlıqlar fitrətən
əzab-əziyyətdən uzaq olmağa meyilli yaradılmışlar. Demək, bu varlıqların
fəaliyyətində mənfəətə qarşı maraq və zərərdən uzaqlaşmaq
xüsusiyyətləri vardır. Digər bir tərəfdən ağrı-acı içində olan insan nə
qədər ki rahatlaşmayıb heç bir ləzzət haqqında düşünmür. Məsələn, dişi
ağrıyan adam yalnız canını bu ağrıdan qurtarmaq