Səni gördüyüm gün ürəyim özümdən asılı olmadan bağlandı sənə.Hər dəfə səni görəndə sanki yenidən dünyaya gəlirdim.Günbəgün hiss edirdim ki artıq ürəyimə girmisən.Özümü çox danladım “yox bu sevgi olmaz” deyə amma sevgi olduğuna artıq heç bir şüphəm qalmamışdı.Bunu sənə deyə bilməzdim.Çünki sənin qarşılıq vermədiyini görürdüm.Bəlkə də mənim yerimə kim olsaydı sənin qarşılıq vermədiyini görüb o da üz döndərərdi bu istəkdən.Mən də dəfələrlə üz döndərməyə çalışdım amma olmadı,bacara bilmədim.Düz deyirmişlər ürəyə söz keçirmək olmur.”Heç vaxt heç kimi sevmərəm” deyərkən elə bir sevdaya düşdümki indi nə qədər çalışsam da beynimdən ata bilmirəm.İndi sənin adına belə rast gəlməyim məni titrədir.