MƏHƏRRƏM AYI...
Artıq hicri təqviminin ilk ayı olan Məhərrəm ayındayıq. Nəfsimizi hesaba çəkməliyik görək, ötən ildə neçə sübh namazlarına yatıb qalmışıq və ya sübhü camaatla birgə qılmışıq? Nə qədər nafilə oruclar tutmuşuq? Nə qədər gecə namazları qıla bilmişik və ya vitri qəzası qılmaq nəsib olub? Nə qıdır xeyir işlərdə, sədəqə verməkdə, cənazə təqib etməkdə, xəstə ziyarət etməkdə yarışmışıq? Nə qədər ixlaslı və ya riyakar olmuşuq? Nə qədər günahlarımıza görə göz yaşı tökmüşük? Nə qədər haramlardan Allah üçün üz çevirmişik və s.
Əgər xeyir əməllərimiz pis əməllərimizi üstələyirsə, nə gözəl. Yox, əgər şər əməllərimiz xeyir əməllərimizi üstələyirsə, deməli ili zərərlə başa vurmuşuq. Allah q