Gözümün önündə sən, nə yaman qocalırsan?
Deyəndə ağrıyıram, gizlicə ağlayırsan.
Ağlayanda ay ana, qəlbimi dağlayırsan.
Tanrıdan diləyimdir sənsiz olmasın günüm,
Sənin qoynunda keçsin, hər saatım, hər ilim.
Ana səndən ayrılanda, itirirəm özümü.
İstəmirəm bircə an sən, məndən küs, ya inci,
Heç bir övlad çəkməsin, gizli ana həsrəti.
Tanrıdan diləyimdir, sənsiz olmasın günüm.
Sənin qoynunda keçsin, hər saatım hər ilim.
Dünyada nəğmə çoxdur, laylan kimisi yoxdur.
Sənin ağrılı canin, qəlbimə yanar oddur.
Deyirlər övlad şirin, ana tək şirin yoxdur,
Tanrıdan diləyimdir, sənsiz olmasın günüm,
Sənin qoynunda keçsin, hər saatım hər ilim.