İslam övladı üçün öncə şəhadətdi NAMAZ,
Pak olan qəlbə qida, ruha şəfaətdi NAMAZ,
Şəriət hökmünə əllbəttə itaətdi NAMAZ,
Səcdə et, yığ yükü-yük üstünə sərvətdi NAMAZ,
ALLAHa səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.
O namaz ki, onu göylərdə Mələklərdə qılır,
Rəbbinə səcdə edən bəndələr hər yerdə qılır,
Dəstə-dəstə yığılıb Kəbəyə bir yerdə qılır,
Müstəqim yol ki deyirlər, ona dəvətdi NAMAZ.
ALLAHa səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.
O namaz ki, onu vaxtilə Peyğəmbər qılmış,
Tanrının şiri, o həqq aşiqi heydər, qılmış,
On bir övladı ilə, Fatimə ibtər qılmış,
Dur qoşul səndə bu sıx cərgəyə, vəhdətdi NAMAZ,
ALLAHa səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.
Səni aldatmasın aləmdəki bu cahu cəlal,
Xaliqi z