Kişi ilə qadının namaz qaydaları arasında fərq varmı?
Hər şeydən əvvəl onu qeyd edək ki, Islam şəriətinə görə namaz qılmaq məsuliyyəti baxımından kişi ilə qadın bərabərdir. Yəni yetkinlik yaşına çatmış şəxs cinsindən asılı olmayaraq, vacib ibadətləri icra etməyə, o cümlədən, namaz qılmağa vəzifəlidir.
Yetkinlik yaşı həm fizioloji əlamətlərə, həm də yaş ölçüçünə əsaslanır. Cəfəri məzhəbində oğlanlar üçün son yaş həddi 15 hicri-qəməri il, yəni miladi təqvimlə təqribən 14 yaş yarım, qızlar üçün isə hicri-qəməri 9 yaş, yəni miladi təqvimlə təqribən 8 il 8 ay götürülür. Yetknlik yaşının son həddi şafii və hənbəli məzhəblərində 15 yaş, maliki məzhəbində 17 yaşdır. Imam Əbu Hənifə isə qızlar üçün