“sərkisyan Xocalıda türk qadının qarnını gözüm önündə yardı...” - erməni döyüşçünün ETİRAFI
30.06.2014, 00:54
Cəlaləddin Qasımov,
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,
yazıçı-publisist, polis mayoru
Mən 2010-cu ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində olarkən vaxtilə Qarabağ müharibəsinin iştirakçısı olmuş bir erməni (Ermənistan vətəndaşı) ilə təsadüfən görüşdüm.
Həmin erməni ilə uzun çəkən söhbətim elə alındı ki, o, mənə şahidi olduğu bir neçə fakt açıqladı. Onu da bildirim ki, mən həmin faktların bəziləri haqda “27 ildən sonra” (Bakı, “Nurlan”, 2013) adlı kitabımda yer almış “Silinməyən ləkə” romanımda bəhs etmişəm.