Raziliq aldilar biz dura~dura, Senide menide saldilar tora. Dediler evlenin seversiz sora Ne men seni sevdim,ne de sen meni. ~~~ Sevib~sevilmedik oz seyimizle, yawaya bilmedik isteyimizle. Oynadi analar talehimizle Ne men seni sevdim,ne de sen meni. ~~~ Evlendik heyatim derdle doldu, Belece omrumun bahari oldu. Gunler ay oldu,aylar il oldu Ne men seni sevdim,ne de sen meni. ~~~ Bu derdi gizlice cekdik sinede, Lenet bu gunede,oten gunede Omru yari etdik,ama yene de Ne men seni sevdim,ne de sen meni...
Onda gözlərimiz yaşlı deyildi, Anam sağlam idi, atam sağ idi. Nə fikir bilirdik, nə dərd çəkirdik, Çünki arxamızda atam dağ idi. Axı nə biləydik atam bu yaşda, Bizi yetim qoyub tərk edəcəkdir. Mənim uşaq ikən dumanlı başım, Bunları sonradan dərk edəcəkdir. Tez-tez yuxularda qonağım olur, Son gördüyüm kimi...Heç qocalmayıb. O öləndən sonra göyərçinləri, Səmada həvəslə qanad çalmayıb... Gözəl nə vardısa atamla getdi, Apardı ən şirin çağlarımızı. Getdi, həyatımı tarimar etdi, İlahi, sən qoru sağlarımızı. Anam bildirmədi atasızlığı,, O bizə həm ata, həm ana oldu. Onun göz yaşların görməyək deyə, İçində dərd çəkib saçını yoldu.