Bu gün mərhum əməkdar artist Məhəbbət Kazımovun ölümündən iki il keçir.
Karabakhmedia.az-ın məlumatına görə, əsl adı Möhübbət Allahverdi oğlu Kazımov olan müğənni 1953-cü il, iyulun 2-də Laçın rayonunun Çorman kəndində dünyaya gəlib. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatçı, anası Südabə isə evdar xanım olub.
Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakıya gəlib Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub.
İlk muğam dərslərini Nəriman Əliyevdən alıb. Sonra isə Ağaxan Abdullayevin sinfində oxu