•Mən sizdən fərqli biriyəm.Siz qovuşmayan iki insan üçün üzüləndə mən sevgisi üçün hər axmaqlığı edən o pis adamı düşünərəm,siz şairin şeirinə vurulanda mən o şeirin əsl sahibini düşünərəm həqiqətən də o misralara layiqdirmi deyə. Siz biri gedər deyə qorxarsız mənsə qapını açıq tutaram,lazım olan özü bağlayıb açarı dəryalara təslim edər. Siz yıxılanda sizi qaldırana güvənin mən məni yıxılmağa qoymayana səcdəyə diz çöküb dua edərəm. Mən kitablardakı idealistlərə qibtə etmərəm,insan yanlışlarıyla insan olar. Eqoist deyiləm sadəcə əyləşdiyim masa tək nəfərlikdir. Heç kimə yer vermərəm hər kəs öz yerini bilməlidir....