Qəfəsdə oturub ölüm əmrimi Verdiyin saatı mən gözləyirəm Allahın hökmüylə yaranmışamsa Mənim fərmanımı niyə verirsən? Axı ana adı böyük, müqəddəs Evlad ölümünə qərar verərmi? Sən necə anasan? Bir ana da bəs? Bala qatilinə hec çevrilərmi? Məni cansız bilib lazımsız bilib Baci- qardaşımdan sən ayırırsan. Ay ana, bətnində olsam da hələ Sən mənim əzizim, mənim canımsan. Kəsmə nəfəsimi, qurbanın olum İzn ver həyata mən də doğulum. Laylanı eşidim nəfəsin duyum Gecələr qoynunda rahat uyuyum…. Kiçik ürəyimin çırpıntısını Yəni hiss etmirsən? Bu nədir ana? Indi kəsiləcək əlim ayağim Bəlkə xətt çəkəsən öz qərarina? Dönmədin fikrindən ! qərarın qəti! Həkimin aləti…. mənim dəhşətim…. Kəsilir bədənim, tut