Axı ana adı böyük, müqəddəs Evlad ölümünə qərar verərmi? Sən necə anasan? Bir ana da bəs? Bala qatilinə hec çevrilərmi? Məni cansız bilib lazımsız bilib Baci- qardaşımdan sən ayırırsan. Ay ana, bətnində olsam da hələ Sən mənim əzizim, mənim canımsan. Kəsmə nəfəsimi, qurbanın olum İzn ver həyata mən də doğulum. Laylanı eşidim nəfəsin duyum Gecələr qoynunda rahat uyuyum…. Kiçik ürəyimin çırpıntısını Yəni hiss etmirsən? Bu nədir ana? Indi kəsiləcək əlim ayağim Bəlkə xətt çəkəsən öz qərarina? Dönmədin fikrindən ! qərarın qəti! Həkimin aləti…. mənim dəhşətim…. Kəsilir bədənim, tutulur dilim…. Gözlərin qapanır doğranır qəlbim…… Mən sənin bətnində olsam da belə Hər zaman səninlə söhbət edərdim Sənin gözlərinlə hamını görüb Baci- qardaşımı əzizləyərdim. Atamın nəfəsin mən duymaq üçün, Nənəmin səsini eşitmək üçün, Baba qucağında mən gəzmək üçün , Dünyaya necə tez gəlmək istərdim.! Sənin bu qərarın pozdu hər şeyi Dünyaya gəlməmiş dünyadan köçdüm. Məni qarşiladi göylər aləmi Bir kiçik bir gözəl mələyə döndüm. Hər kəsin alnına yazılıb ölüm Bu dünya hər kəsə bir qonaq evi Vaxt gələr bir zaman haqq dünyada sən Qalarsan bir küncdə canilər kimi. Cənnət anaların ayaği altda boş yerə deməyib bunu atalar Şikəst övladına verib canını müqəddəs analar, bəxtsiz analar sənsə yaşadığın rahat həyatda bir körpə ömrünə tab gətirmədin. Cəhənnəm yaratdın ayağın altda Cənnətin cəfasın cəkə bilmədin. Keçdim günahından anamsan axi Bilirsən mən səni necə sevirdim. Kiçik əllərimi sənə uzatdım….. Niyə bu körpəndən sən üz çevirdin?! Yenə də canımsan, qanımsan ana Mən səni hər zaman özləyəcəyəm. səni bircə anliq mən görmək üçün Cənnət qapısında gözləyəcəyəm!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3