ÖLSƏM Şeir yazmaq istəyirəm, Hey baxıram qələmimə Qələmimsə mənə baxır Kimi yazım, nəyi yazım? Doğruları yalanları Gedənləri qalanları Acizliklə susdurulmuş Özlərini dərinliyə salanları.. Gecə-gündüz eşq odunda yananları Həsrət çəkib gözü yolda qalanları Düşünürəm, fikirlərim boğur məni İstəyirəm susum yenə danışmayım Nə mənası var ki, hər gün eyni şeylər Eyni əzab eyni işlər.... Dözmür ürək ,tab gətirmir olanlara Dayanacaq vurmayacaq bu ürəyim O gün mənim ölüm günüm Ölməkdir mənim gərəyim Ölsəm ,bəlkə yalanlardan uzaq oldum Yalan deyən insanlardan, ikiüzlü insanlardan uzaq oldum...