Şirvanı şor ilə tanıyan qafil
Sən bizi Seyyidlə, Sabirlə tanı
Bizə şorik deyib qınayan qafil
Yetirib minlərlə şairlə tanı
Nəsimi, Xəqani və Abbas Səhhət
Fələki, Hadiyə bura məmləkət
Şorik dediylərin ad qoyub bədbəxt
Saysam qurtarmacaq sairlə tanı
Ariflər o vaxtdan burda söz duyub
Qəddar, Nəsiminin dərisin soyub
Fərrux Yasər Cabanıda can qoyub
Sən bizi şahlarla, vəzirlə tanı
Zabitdə, Nemətdə oğlu Şirvanın
Dinlə Elnarəni dincəlsin canın
Alim mükafatın aldı dünyanın
Onun səsindəki sehirlə tanı
Bu gözəl yurdumu çox vəsf edəcəm
Şorik deyənləri sözlə didəcəm
Mən bir gün qarşına çıxıb deyəcəm
Bu yurdu gənc şair Zamirlə tanı