Taleyimə əsdi külək,Yarım qaldı arzu - dilək.Dedim: Dərdli varmı mən tək?Əlli, altmış, yüz - dedilər. Sevmədimi qədər məni,Eylədi dərbədər məni.Dedim: Sıxır kədər məni,Səbrin olsun, döz - dedilər. Sınıq qəlbin dayağı nə?Həvəsi nə, marağı nə?Dedim: Ömrün çırağı nə?İki nurlu göz - dedilər. Könül evim bir saraydır,Qapısı da taybataydır.Dedim: Ömür axar çaydır,Bacarırsan üz - dedilər. Belə gördüm bu dünyanı,Tanınmır dostu, düşmanı.Dedim: Xalis insan hanı?Çıraq götür, gəz dedilər Həyat da bir imtahandır,Kim arifdir, kim nadandır.Dedim: Sözüm dürr - mərcandır,Misralara düz - dedilər. Öyünməyə yox səbəbim,Sadəlikdir mənim dəbim.Dedim: Nəsə gəlmir təbim,Nihan, durma, yaz - dedilər.