Sadə geyimli yad bir adam məhəllə dükanına girir. Bir qədər satıcıya, piştaxtaya baxandan sonra deyir: - Qardaş, mən səndən nisyə çörək, çay, yumurta istəsəm, verərsənmi? - Eləsi var ki, üç aydan bəri pulsuz çörək aparır. Doğrusu, heç onun bu haqqı ödəyəcəyinə də inanmıram. Amma neyləyim, üç yetimə baxır, balalarını ac qoymayacağıqki? Allah Böyükdür, bizim də ruzimizi yetirər. Sənə verdiyim çörəyin də heç haqqını istəmirəm. Götür get, halal xoşun olsun. Yad adamın üz-gözündə təbəssüm dolaşır və deyir: - Deyəsən axtardığını tapıb. - Sənin o dəftərində nə qədər borc var? Satıcı bir qədər təəccüb, bir qədər də əsəbi halda soruşur: - Neynirsən axı? Gələn adam rahatlıqla, bir qədər də güvənverici