"BİR DƏ AYILDIM Kİ, İŞ-İŞDƏN KEÇİB"
"Kotan nə bilir ki, qayış nə çəkir"?!
Kotanın "hoqqası" qayışdan keçib.
Tamah ucbatından, nəfs ucundan,
Nə canlar doğranıb, nə şişdən keçib.
"Şikəstə" dünyanın, "Cəngi" dünyanın,
Hələ çox çalınar zəngi dünyanın...
Min bir şəfəq saçan rəngi dünyanın,
Arğacda dolanıb, ərişdən keçib.
Əkdiyini əkib kotan da, xış da,
Çəkdiyini çəkib ip də, qayış da...
Gah fil qulağında, gah da balışda,
Bir də ayıldım ki, iş işdən keçib...
Bu dövran ömrünə yağı oldusa,
Karvanı sonsuza gedən yoldusa,
Bostanlar sovulub, bağlar soldusa,
Qoruqdan qurtarıb, örüşdən keçib...
Mənim kür talehim, ömür sarvanım,
Dolandı, boylandı, ötdü dövranım...
Yusif, yönü geri gedir karvanım,
Zir