Ömrünün 65-ci qışında həyat üçün çarpışan Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubdan bu günə möhür vuran ən yeni şeirMƏNİ ARAMAMəni soruşma,
Məni axtarma,
Məni arama!
Məni soruşmaq,
Məni axtarmaq,
Məni aramaq,
Harama yaraşır, harama?Yağış kimi yağmaq yox,
Sellər kimi axmaq yox,
Şimşək kimi çaxmaq yox,
Nurlu üzə, yanağa
Bir doyunca baxmaq yox,
Şeytan girib sənlə mənim arama!Ürək xəstə,
Dil şikəstə,
Sərt ayrılıq,
Vaxtsız ölüm
Durub qəsdə.
Yaralarım göz-göz olub,
Zaman duz basıb yarama!
Dövran məni axtarmadı,
Sən də məni axtarma!