etməyin aqibəti
ﺇﻥ ﺍﻟﻠﻪ ﻻ ﻳﻐﻴﺮ ﻣﺎ ﺑﻘﻮﻡ ﺣﺘﻰ ﻳﻐﻴﺮﻭﺍ ﻣﺎ ﺑﺄﻧﻔﺴﻬﻢ
Hər hansı bir tayfa öz tövrünü
dəyişməyincə, Allah taala da onun
tövrünü dəyişməz.
(Rəd surəsi, ayə 11)
Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf
hərəkət etdikdə “Beyzə” adlı bir yerdə
Peyğəmbəri Əkrəm (s)-in dilindən bu
xütbəni oxudu:
ﺍﻥ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ )ﺹ( ﻗﺪ ﻗﺎﻝ ﻓﻰ ﺣﻴﺎﺗﻪ ﻣﻦ ﺭﺍﻯ
ﺳﻠﻄﺎﻧﺎ ﺟﺎﺋﺮﺍ ﻣﺴﺘﺤﻼ ﻟﺤﺮﻡ ﺍﻟﻠﻪ ﻧﺎﻛﺜﺎ ﻟﻌﻬﺪ ﺍﻟﻠﻪ
ﻣﺨﺎﻟﻔﺎ ﻟﺴﻨﺔ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ ﻳﻌﻤﻞ ﻓﻰ ﻋﺒﺎﺩ ﺍﻟﻠﻪ
ﺑﺎﻟﺈﺛﻢ ﻭ ﺍﻟﻌﺪﻭﺍﻥ ﺛﻢ ﻟﻢ ﻳﻐﻴﺮ ﺑﻔﻌﻞ ﻭ ﻻ ﻗﻮﻝ ﻛﺎﻥ
ﺣﻘﺎ ﻋﻠﻰ ﺍﻟﻠﻪ ﺍﻥ ﻳﺪﺧﻠﻪ ﻣﺪﺧﻠﻪ
“Əgər bir nəfər, zalım bir sultanın zor
gücünə hakimiyyət sürdüyünü, əldə
etdiyi iqtidarı hesabına bəndəçilik əhdi
olan ilahi peymanı sındırdığını, Allah
hökmlərindən boyun qaçıraraq,
Peyğəmbər (s)-in əmrlərinə itaət
etmədiyini və xalqa rəftarında həddini
aşdığını görsə və onu öz sözü və əməli ilə
düz yola dəvət etməsə onu əyri yoldan
döndərməyə çalışmasa, Allahın haqqıdır
ki, onu da həmin zalımla birlikdə
cəhənnəmə daxil etsin. Beləliklə də,
zalımlar cərgəsində qərar tutsun.”(Yəni,
zalımın zülmünü görüb, onunla
mübarizə aparmayan müsəlmanın yeri
cəhənnəmdir.)
(Biharul-ənvar, cild 44, səh. 382, bab 37,
rəvayət 2)
ﻗﺎﻝ ﺃﺑﻮ ﺟﻌﻔﺮ ﻋﻠﻴﻪ ﺍﻟﺴﻼﻡ:
ﺃﻭﺣﻰ ﺍﻟﻠﻪ ﺇﻟﻰ ﺷﻌﻴﺐ ﺍﻟﻨﺒﻰ ﻋﻠﻴﻪ ﺍﻟﺴﻼﻡ: ﺇﻧﻰ
ﻟﻤﻌﺬﺏ ﻣﻦ ﻗﻮﻣﻚ ﻣﺌﺔ ﺍﻟﻒ ﺃﺭﺑﻌﻴﻦ ﺍﻟﻔﺎ ﻣﻦ
ﺷﺮﺍﺭﻫﻢ ﻭ ﺳﺘﻴﻦ ﺍﻟﻔﺎ ﻣﻦ ﺧﻴﺎﺭﻫﻢ ﻓﻔﺎﻝ ﻳﺎ ﺭﺏ
ﻫﺆﻻﺀ ﺍﻻﺷﺮﺍﺭ ﻓﻤﺎ ﺑﺎﻝ ﺍﻻﺧﻴﺎﺭ ﻓﺎﻭﺣﻰ ﺍﻟﻠﻪ ﻋﺰ ﻭ
ﺟﻞ ﺇﻟﻴﻪ: ﺇﻧﻬﻢ ﺩﺍﻫﻨﻮﺍ ﺍﻫﻞ ﺍﻟﻤﻌﺎﺻﻰ ﻭ ﻟﻢ ﻳﻐﻀﺒﻮﺍ
ﻟﻐﻀﺒﻰ
İmam Baqir (ə) buyurmuşdur: Allah taala
Şüeyb peyğəmbərə vəhy edərək
buyurur: Sənin qövmündən yüz min
nəfər adamı əzab edəcəyəm ki, onlardan
qırx min nəfəri günah əhli, altımış min
nəfəri isə yaxşı adamlardır.
Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə
dedi: Ey mənim Pərvərdigarım! “Günah
əhli olan qırx min nəfəri əzab etmək
istədiyini başa düşdüm, amma yaxşı
adamları niyə?”
Allah taala ona vəhy edib buyurdu:
Çünki onlar günah əhli ilə saziş və pis
əməllərinin üstünü ört-basdır edirlər. Mən
qəzəbləndiyim işlərə, onlar qəzəblənmir.
(Azərəxşi digər əz asimane Kərbəla, səh.
103)
ﻋﻦ ﺍﺑﻰ ﻋﺒﺪ ﺍﻟﻠﻪ ﻋﻠﻴﻪ ﺍﻟﺴﻼﻡ ﺇﻥ ﺍﻟﻠﻪ ﻋﺰ ﻭ ﺟﻞ
ﺑﻌﺚ ﻣﻠﻜﻴﻦ ﺇﻟﻰ ﺍﻫﻞ ﻣﺪﻳﻨﺔ ﻟﻴﻘﻠﺒﺎﻫﺎ ﻋﻠﻰ ﺍﻫﻠﻬﺎ
ﻓﻠﻤﺎ ﺍﻧﺘﻬﻴﺎ ﺍﻟﻰ ﺍﻟﻤﺪﻳﻨﺔ ﻭ ﺟﺪﺍ ﺭﺟﻼ ﻳﺪﻋﻮﺍ ﺍﻟﻠﻪ ﻭ
ﻳﺘﻀﺮﻉ ﻓﻘﺎﻝ ﺍﺣﺪ ﺍﻟﻤﻠﻜﻴﻦ ﻟﺼﺎﺣﺒﻪ ﺍﻣﺎ ﺗﺮﻯ ﻫﺬﺍ
ﺍﻟﺪﺍﻋﻰ؟ ﻓﻘﺎﻝ ﻗﺪ ﺭﺍﻳﺘﻪ ﻭ ﻟﻜﻦ ﺍﻣﺾ ﻟﻤﺎ ﺍﻣﺮ ﺑﻪ
ﺭﺑﻰ ﻓﻘﺎﻝ ﻻ ﻭ ﻟﻜﻦ ﻻ ﺍﺣﺪﺙ ﺷﻴﺌﺎ ﺣﺘﻰ ﺍﺭﺍﺟﻊ ﺭﺑﻰ
ﻓﻌﺎﺩ ﺍﻟﻰ ﺍﻟﻠﻪ ﺗﺒﺎﺭﻙ ﻭ ﺗﻌﺎﻟﻰ ﻓﻘﺎﻝ ﻳﺎ ﺭﺏ ﺍﻧﻰ
ﺍﻧﺘﻬﻴﺖ ﺍﻟﻰ ﺍﻟﻤﺪﻳﻨﺔ ﻓﻮﺟﺪﺕ ﻋﺒﺪﻙ ﻓﻼﻧﺎ ﻳﺪﻋﻮﻙ ﻭ
ﻳﺘﻀﺮﻉ ﺍﻟﻴﻚ ﻓﻘﺎﻝ ﺍﻣﺾ ﺑﻤﺎ ﺍﻣﺮﺗﻚ ﺑﻪ ﻓﺎﻥ ﺫﺍ ﺭﺟﻞ
ﻟﻢ ﻳﺘﻤﻌﺮ ﻭﺟﻬﻪ ﻏﻴﻈﺎ ﻟﻰ ﻗﻂ
İmam Sadiq (ə) buyurub: Allah taala iki
mələyə bir şəhəri alt-üst etməyi əmr edir.
Mələklər həmin şəhərə çatdıqda gördülər
ki, bir abid Allah taala ilə razu-niyaz edir.
Mələklərdən biri digərinə dedi: Bu dua
edən abidi görürsən?
O biri mələk dedi: Bəli görürəm, amma
sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst
et).
Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma
müraciət etməyincə bir iş görən deyiləm.
Sonra həmin mələk Allahın dərgahına
qayıdaraq xitab etdi: Pərvərdigara! Mən
şəhərə çatdıqda gördüm ki, filan bəndən
sənə dua və razu-niyaz edir. Əmrinə əməl
edək, yoxsa əmr dəyişib.
Allah taala buyurdu: Əmr öz
qüvvəsindədir, gedin şəhəri viran edin.
Çünki heç vaxt bu adamın üzünün rəngi
mənə xatir bozarıb, qeyzlənib
dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin
günah etdiyini gördüyü halda,
çöhrəsində etiraz əlaməti olaraq qəzəb,
narazılıq görünməyibdir.
(Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8)
İmam Hüseyn (ə) qiyamının hədəfi
ﻭﻟﺘﻜﻦ ﻣﻨﻜﻢ ﺃﻣﺔ ﻳﺪﻋﻮﻥ ﺇﻟﻰ ﺍﻟﺨﻴﺮ ﻭﻳﺄﻣﺮﻭﻥ
ﺑﺎﻟﻤﻌﺮﻭﻑ ﻭﻳﻨﻬﻮﻥ ﻋﻦ ﺍﻟﻤﻨﻜﺮ ﻭﺃﻭﻟـﺌﻚ ﻫﻢ
ﺍﻟﻤﻔﻠﺤﻮﻥ
Allah taala Qurani-kərimdə buyurur: “(Ey
müsəlmanlar!) Gərək aranızda (insanları)
yaxşılığa çağıran və əmr be məruf və
nəhy əz münkər edən bir dəstə camaat
olsun! Həqiqətən bunlar nicat tapmış
şəxslərdir.”
(Ali-İmran surəsi, ayə 104)
ﻗﺎﻝ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ: ﻣﻦ ﺍﻣﺮ ﺑﺎﻟﻤﻌﺮﻭﻑ ﻭ ﻧﻬﻰ ﻋﻦ
ﺍﻟﻤﻨﻜﺮ ﻓﻬﻮ ﺧﻠﻴﻔﺔ ﺍﻟﻠﻪ ﻓﻰ ﺍﺭﺿﻪ ﻭ ﺧﻠﻴﻔﺔ ﺭﺳﻮﻝ
ﺍﻟﻠﻪ ﻭ ﺧﻠﻴﻔﺔ ﻛﺘﺎﺑﻪ
Əgər bir şəxs əmr be məruf və nəhy əz
münkər edərsə, onda o, Allahın, Onun
Rəsulunun (s) və kitabının yer üzərində
xəlifəsidir.
(Məcməul-bəyan, 2-ci cild, səh. 807)
ﻗﺎﻝ ﺣﺴﻴﻦ ﺍﺑﻦ ﻋﻠﻰ ﻋﻠﻴﻪ ﺍﻟﺴﻼﻡ ﻓﻰ ﻭﺻﻴﺘﻪ
ﻟﻤﺤﻤﺪ ﺍﻟﺤﻨﻔﻴﺔ: ﺇﻧﻰ ﻟﻢ ﺍﺧﺮﺝ ﺍﺷﺮﺍ ﻭ ﻻ ﺑﻄﺮﺍ ﻭ ﻻ
ﻣﻔﺴﺪﺍ ﻭ ﻻ ﻇﺎﻟﻤﺎ ﺍﻧﻤﺎ ﺧﺮﺟﺖ ﻟﻄﻠﺐ ﺍﻹﺻﻼﺡ ﻓﻰ
ﺍﻣﺔ ﺟﺪﻯ )ﺹ( ﺍﺭﻳﺪ ﺍﻥ ﺁﻣﺮ ﺑﺎﻟﻤﻌﺮﻭﻑ ﻭ ﺍﻧﻬﻰ ﻋﻦ
ﺍﻟﻤﻨﻜﺮ ﻭ ﺍﺳﻴﺮ ﺑﺴﻴﺮﺓ ﺟﺪﻯ ﻭ ﺍﺑﻰ
İmam Hüseyn (ə) Mühəmməd
Hənəfiyyəyə vəsiyyətində belə buyurdu:
«Mən rahatçılıq, xoş gün keçirtmək, zülm
və fəsad etmək məqsədilə qiyam
etmirəm. Əksinə, yalnız və yalnız
cəddimin ümmətini islah etmək və nicat
vermək üçün qiyam edirəm. İstəyirəm
əmr be məruf və nəhy əz münkər edim,
cəddimin və atamın getdiyi yol ilə
gedim.»
(Bihar, 44-cü cild, səh. 329)
ﻭ ﺑﺰﻝ ﻣﻬﺠﺘﻪ ﻓﻴﻚ ﻟﻴﺴﺘﻨﻘﺬ ﻋﺒﺎﺩﻙ ﻣﻦ ﺍﻟﺠﻬﺎﻟﺔ ﻭ
ﺣﻴﺮﺓ ﺍﻟﻀﻼﻟﺔ
Ərbəin ziyarətində Allaha xitab edərək
oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn
(ə)) bəndələrini nadanlıq və azğınlıqdan
nicat vermək üçün öz qanını sənin
yolunda hədiyyə etdi.
(Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh.
468)
ﻗﺎﻝ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ )ﺹ(: ﺍﻟﺤﺴﻦ ﻭ ﺍﻟﺤﺴﻴﻦ ﺍﻣﺎﻣﺎﻥ
ﻗﺎﻣﺎ ﺍﻭ ﻗﻌﺪﺍ
Allahın Rəsulu (s) buyurub: «Həsən və
Hüseyn istər qiyam edələr, istərsə də
etməyələr hər ikisi imamdır.»
(Bihar, cild 43, səh.29)
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев