Sevirəm mən səni, şiddətli yağışçün sevirəm,Səni tufanlı soyuq şaxtalı qışçün sevirəm.Səni qarçün sevirəm.Və baharçün sevirəm.Sevirəm mən səni, şimşəklə küləkçün sevirəm,Səni sahildə donan çılğın ürəkçün sevirəm.Səni BİZçün sevirəm.Və dənizçün sevirəm.Sevirəm mən səni, bir isti nəfəsçün sevirəm,Səni titrək, həyəcanla dolu səsçün sevirəm.Səni odçün sevirəmVə buludçün sevirəm.Sevirəm mən səni, bu dar küçələrçün sevirəmSəni tünd qəhvə ətirli gecələrçün sevirəm.Səni hər gün sevirəm.Və şəhərçün sevirəm…Sevirəm mən səni, bir səssiz otaqçün sevirəmSəni misraların altında varaqçün sevirəm.Səni SÖZçün sevirəm.Təzə sözçün. sevirəm…