Lə iləhə illallah - “Allahdan başqa həqiqi tanrı yoxdur” şəhadəti imanın bütün mənalarını özündə cəm edir. Bu kəlmənin mənası “Allahdan başqa ibadət edilməyə layiq olan heç bir tanrı yoxdur” deməkdir. Bəzi adamlar bunu “Allahdan başqa Allah yoxdur” kimi tərcümə edirlər, lakin bu doğru deyildir. Əgər belə olsaydı, Qureyş qəbiləsindən olan Məkkə müşrikləri bu kəlməni qəbul edər və ona qarşı mübarizə aparmazdılar. Çünki, onlar Allahı göyləri və yeri yaradan Rəbb olmasına iman gətirirdilər. Onlar dua, nəzir, qurban, həcc kimi ibadətləri yerinə yetirir, lakin bu ibadətləri Allahla yanaşı bütlərə də həsr edir və bütləri Allahla öz aralarında ibadətdə vasitəçi olaraq qəbul edirdilər. Ona görə də sa